Avrasiyanın ən gözəl qadın şahmatçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, internet səsverməsi ilə keçirilən sorğunun nəticəsinə əsasən materikin ən gözəl xanım zəka sahibinin adına aydınlıq gəlib.
9136 səs yığan qazaxıstanlı Jansaya Abdumalik Avrasiyanın ən gözəli elan edilib. 17 yaşlı şahmatçı ötən il ilk dəfə ölkə çempionu adını qazanmaqla, ən böyük uğuruna imza atıb.
İkinci yeri özbəkistanlı beynəlxalq usta Sarvinoz Kurbanboyeva tutub. O, respondentlərdən 7848-nin zövqünü oxşayıb. Tacikistan millisinin üzvü Mutriba Xotami 3-cü yerdə qərarlaşsa da, liderlərdən çox geri qalıb. O, vur-tut 653 səs yığa bilib.
Müsabiqədə materikin bir çox ölkələrinin idmançıları ən gözəl adına namizəd olub. Azərbaycanı müsabiqədə Nərmin Xələfova təmsil edib.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək