Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində daha bir idmançımız qızıl medal qazanıb. Apasport.az saytının məlumatına görə, 64 kq çəki dərəcəsində mübarizə aparan milliləşdirilmiş boksçu Lorenzo Sotomayor finalda latviyalı Evaldas Petrauskasa qalib gələrək, turnirin ən güclüsü olub.
Boksçumuz hər üç raundda rəqibindən üstün olub – 3:0 (30:27, 30:27, 30:27).
Finala çıxmaqla Rioya lisenziyanı təmin edən təmsilçimiz turnirin də ən güclüsü olmaqla qızıl medallarımızın sayını 3-ə çatdırıb.
Qeyd edək ki, Lorenzodan əvvəl Cavid Çələbiyev (54 kq) və xanım boksçumuz Yana Alekseyevna (60 kq) da öz çəkilərində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişdilər.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib