“Dünən 13 idman növü üzrə oyunlar keçirildi. Böyük sayda tamaşaçı olub”. Apasport.az saytının məlumatına görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.
Bu gün “Hilton” oteldə ənənəvi mətbuat konfransı keçirən baş direktor dünənki yarışlarla bağlı məlumat verib: “32 mindən çox tamaşaçı 19 oyunu izləyib. Bu da ilk gündən bəri rekord göstəricidi. Xüsusilə gimnastika arenasında 4 yarış keçirilib. İlk dəfə beynəlxalq tədbir çərçivəsində bir idman növü üzrə 4 yarış keçirildi. Bu gün şosse velosipedi üzrə yarış olacaq. Açılış mərasimindən sonra Olimpiya stadionu yarışlar üçün tam hazırdı. 75 idmançı hazırda Mingəçevirdədi. 71 idmançı qızıl medal qazanıb. Bu gün 16 dəst medal oynanılacaq. Bakının ətrafında sınaqlar olacaq. Son iki gün ərzində tamaşaçı sayı artıb. Dünən özüm güləş yarışlarını seyr etmişdim. Ordakı ab-hava məni məmnun etmişdi. Yayım məsələləri bu Oyunların uğur hekayələrinin əsaslarından biridi. Biz yayım və marketinq işinə sıfırdan başlamışdıq. Fikrimcə, bu, uğurlu alınıb. Oyunlar Şimali, Cənubi Amerika, Çin, Yaponiya, Hindistanda belə, yayımlanır. Beynəlxalq İdman Yayımları şirkəti keçən ilin əvvəlində seçilib. Biz 7 illik işi 2 ilə gördük. Bu şirkət bir il ərzində yüksək yayım şirkəti qurub”.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib