Şahmat üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, yığmamızın lideri Teymur Rəcəbov son anda Avropa çempionatına qatılmaqdan imtina edib.
Belə ki, bu gün Estoniyanın paytaxtı Tallində şahmatın rapid növü üzrə qitə birinciliyi start götürüb. Azərbaycan yarış üçün 3 zəka sahibi sifariş etsə də, Rəcəbovun yoxluğunda Rauf Məmmədovla (2770) Arkadi Naydiç (2647) mübarizə aparacaq.
Teymur dekabrın 17-18-də keçiriləcək blits növü üzrə şəxsi Avropa çempionatında da iştirak etməyəcək. Bu səbəbdən də təmsilçilərimizdən qalib adı uğrunda Rauf Məmmədov (2770), Arkadi Naydiç (2647) və Elmar Qasımov (2079) şahmat taxtası arxasına keçəcək.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM