London Yay Olimpiya Oyunlarının qalibi olan azərbaycanlı güləşçi Toğrul Əsgərov diskvalifikasiya edilib. Apasport.az saytının məlumatına görə, buna 25 yaşlı pəhləvanın antidopinq qaydalarını pozması səbəb olub.
Belə ki, ondan götürülmüş dopinq-test müsbət nəticə verib. Əsgərovun higenamin preparatından istifadə etdiyi məlum olub. Bu dərman ABŞ və Avropa Birliyində qanuni sayılsa da, bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib. Həmin preparat daha çox çəkini qorumaq üçün qəbul olunur.
Bu səbəbdən güləşçimiz 1 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Ona tətbiq olunan cəza 2018-ci ilin aprelin 17-də başa çatacaq. Əsgərov cəza səbəbindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün açıqlanan siyahıya da daxil edilməyib.
Qeyd edək ki, Toğrul Olimpiya çempionu olmaqla yanaşı, Rio-2016-da gümüş, Avropa Oyunlarında və qitə çempionatında qızıl medal qazanıb.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM