[b]UEFA AÇ-2016-dan nə qədər qazandı?[/b]
08.07.2016 - 21:01
UEFA AÇ-2016-nın final matçı öncəsi turnirin maliyyə yekunları haqqında açıqlama yayıb. Apasport.az saytının məlumatına görə, qitənin ali futbol qurumu bu çempionatdan 1.93 milyard avro qazanıb.
Tədbirin təmiz gəliri 830 milyon təşkil edir. 600 milyon avro isə quruma üzv olan 55 ölkə arasında bölünəcək. Geridə qalan məbləğ isə AÇ-2020-nin təşkilati işlərinə xərclənəcək.
Qeyd edək ki, budəfəki gəlir Ukrayna və Polşanın birlikdə təşkil etdiyi AÇ-2012-də əldə olunandan 34% daha çoxdur.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0