Əfsanəvi atlet Useyn Boltun Olimpiya medalı əlindən alınıb. Apasport.az saytının məlumatına görə, sprinterin Pekin-2008-də 4x100 metrə yarışlarında qazandığı çempionluq ləğv edilib.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) açıqladığı məlumata əsasən, qeyd edilən yarışda Boltun komanda yoldaşı Nesta Karter dopinq istifadə edibmiş. Bu səbəbdən də, Karterlə bərabər bütün komandanın nəticəsi ləğv edilib.
Boltla bərabər yamaykalı digər atletlər Asafa Pauell və Maykl Freyterin də medalları əllərindən alınıb.
Qeyd edək ki, əfsanəvi sprinter ardıcıl 3 Olimpiadada (Pekin-2008, London-2012 və Rio-2016) 100 metr, 200 metr və 4x100 metr yarışlarında qızıl medal qazanıb.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək