[b]Uzunluğa tullanmada iki medal[/b]
20.05.2017 - 10:39
Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 9-cu gününü iki medalla başlayıb. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvləri paraatletikada fərqlənib.
İdmançılarımız uzunluğa tullanmada üç mükafatdan ikisi təmsilçilərimizin payına düşüb. Elçin Muradov 5,76 m nəticə ilə qızıl medal qazanıb. Ondan 54 sm geri qalan Zeyniddin Bilalov isə bürünclə kifayətlənib. Gümüş medala isə indoneziyalı Abdul Dalimente sahib çıxıb – 5,28 m.
Qeyd edək ki, Muradovun qızılı yığmamızın İslamiadada 64-cü çempionluğu oilub.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0