Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı "Panevejis-2015" turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yarışı 1 qızıl və 1 gümüş medalla bitirib.
İlk yarış günü 500 metr məsafəyə sprint növündə qızıl medal əldə edən Olqa İsmayılova 200 metrə mübarizədə də fəxri kürsüyə qalxmağı bacarıb. O, yalnız yerli idmançıdan geri qalmaqla turnirin gümüş medalını qazanıb.
Digər idmançılarımıza gəlincə, ağır zədədən sonra yenidən məşqləri bərpa edən Sergey Omelçenko keyrində 5-ci, 200 metr məsafəyə sprint yürüşündə 8-ci olub. Yığmamızın gənc üzvü Nicat Niftəliyev isə sprintdə 14-cü nəticə göstərib.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib