Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirinin 3-cü turunda Vladimir Kramnik (Rusiya) azərbaycanlı şahmatçı Rauf Məmmədovla heç-heçə oynayıb. Rusiyalı dünya çempionu mətbuat konfransında həm partiya, həm də turnirin ilk III turu haqda danışıb: "Maraqlı partiya alındı. Əslində bəzi gedişlərlə üstünlük qazana bilərdim. Normal mübarizə oldu. Heç-heçə indiki halda pis nəticə deyil. Rauf ehtiyatlı oynadı. Risk etmək olardı, sadəcə oyunda fəallıq hiss olunmurdu.
Turnir indi başlayıb. Aktivimdə 2 xal var. Düşünürəm ki, indi liderlər qrupunda olmaq hələ heç nə demək deyil. Son turlar daha çətin olacaq. Sabah Vişvanatan Ananda qarşı oynayıram. Sonra Karlsenə qarşı mübarizə olacaq. Hər tur lider dəyişə bilər. Bu mənada sona qədər yaxşı oynamaq tələb olunur".
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib