Rio-2016 Yay Olimpiya Oyunlarında qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, qadınlar arasında 5000 metr məsafəyə qaçışın yarımfinal mərhələsində sonuncu yeri tutan iki idmançı finalda iştirak hüququ qazanıb.
Onlar bu hüquqa feyr-pley nümunəsi göstərdikləri üçün yiyələniblər. Məsələ burasındadı ki, yarışın 3000 metr məsafəsi geridə qaldığı bir vaxtda yeni zelandiyalı Nikki Hamblin önündəki ABŞ təmsilçisi Abbey D’Aqnostinoya ilişərək, onun yerə yıxılmasına səbəb olub. Yeni Zelandiya yığmasının üzvü yarışı unudaraq həmkarını ayağa qaldırmağa çalışıb. Ancaq D’Aqnostino dizindəki ağrılara görə bir müddət yerdən qalxa bilməyib. Hamblin özünü toparlayıb yarışı bitirdikdən sonra yenidən geri qayıdıb və həmkarına dəstəyini davam etdirib. D’Aqnostino azarkeşlərin alqış sədaları altında axsaya-axsaya finiş xəttini keçdikdən sonra idmançılar qucaqlaşıblar.
Yarışdan sonra idmançılar rəsmi etiraz ediblər. Təşkilatçılar isə onların bu nümunəvi addımını nəzərə alaraq, hər ikisinin finalda iştirak etməsini qərara alıb.
Qeyd edək ki, final yürüşü Bakı vaxtı ilə saat 04:40-da başlayacaq.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM