Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Rio Olimpiadasına lisenziya xarakterli sonuncu yarış – “Masters” turnirində idmançılarımızın sayı artırılıb.
Belə ki, reqlamentə əsasən reytinqdə ilk “16-lıq”da olanların mübarizəsinə daha 4 cüdoçumuz qatılacaq. Bunlar Məhəmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlıdı (48 kq).
Onlara kimi isə Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımovun (100 kq) Olimpiya tsikilinin son turnirində iştirakı dəqiqləşmişdi.
Qeyd edək ki, mayın 27-29-da Meksikanın Qvadalaxara şəhərində keçiriləcək turnirə ümumilikdə 62 ölkədən 316 idmançı qatılacaq.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM