Sabah İspaniyanın paytaxtı Madriddə cüdo üzrə açıq Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Ölkəmizi çempionatda 14 idmançı təmsil edəcək. Məşqçilər korpusu Madriddə Elbrus Zamanov, Oruc Vəlizadə, Davud Məmmədsoy, Sadiq Məhərrəmov (hamısı 60 kq), Elvin Mustafayev, Orxan Əsgərzadə (hər ikisi 66 kq), Telman Vəliyev, Samir Ağayev, Hidayət Heydərov (hər üçü 73 kq), Afiq Səfərli, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Tural Səfquliyev (90 kq), Cəlil Şükürov (100 kq) və Nadir Hüseynova (+ 100 kq) şans verəcək.
Qeyd edək ki, yarışa 27 ölkədən 279 cüdoçu qatılacaq.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM