Mayın 8-də Qazaxıstanın Çimkənt şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək. Boks Federasiyasından apasport.az saytına verilən xəbərə görə, 4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Komandamız səfərə baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında 13 idmançı ilə yollanacaq. Məşqçilər korpusu Çimkəntdə Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Elşən Cəbizadə (54 kq), Elmir Novruzov (57 kq), Rüfət Mustafazadə (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Amri Novruzov (75 kq), Adir Vəliyev (80 kq) və Vüqar Səmədovu (+85 kq) sınaqdan çıxaracaq.
Turnirdə Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edəcək.
Qeyd edək ki, Qazaxıstana mayın 7-də yollanacaq boksçularımız ayın 12-də Azərbaycana qayıdacaqlar.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM