Mayın 19-27-də Qazaxıstanın paytaxtı Astanada qadın boksçular arasında dünya çempionatı təşkil olunacaq. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, son hazırlıq prosesini Ukraynanın İvano-Frankovsk şəhərində keçən Azərbaycan millisi yarışa 9 idmançı ilə qatılacaq.
Yığmamızın baş məşqçisi Aleksandr Denisov Astanada Əzizə Abbasova (48 kq), Anna Əlimərdanova (51 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyevna (60 kq), Ayzanat Hacıyeva (64 kq), Məryəm Cəbrayılova (69 kq), Yelena Vıstropova (75 kq), Alina Hacıyeva (81 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.
Mundialda 51 kq, 60 kq və 75 kq çəki dərəcələrində yarımfinala yüksələn boksçular Rioya vəsiqə əldə edəcəklər. Alekseyevna artıq bu hüquqa yiyələndiyindən Əlimərdanova və Vıstropova Olimpiadaya vəsiqə qazanmağa çalışacaq.
Qeyd edək ki, yığmamız artıq Qazaxıstandadı.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM