Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Polşanın paytaxtı Varşavada təşkil olunacaq Avropa çempionatında təmsilçilərimizin sayı azalıb.
Belə ki, ilkin siyahıya Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Səkinə Zayirova (57 kq) daxil edilsə də, onlar son anda komandadan kənar qalıblar.
Nəticədə aprelin 20-22-da baş tutacaq yarışda ölkəmizin idman şərəfini fərdi yarışlarda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) qoruyacaqlar.
Komanda yarışlarında isə Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) digər cüdoçularımızla birgə yarışacaq.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM