[b]Yığmamızın Tokioya gedəcək heyəti açıqlandı[/b]
09.11.2016 - 15:24
Dekabrın 2-4-də Yaponiyada cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışa Azərbaycan millisi də qatılacaq.
Komandamız Tokioda təşkil olunacaq yarışa 8 idmançı ilə yollanacaq. Bunlar Orxan Səfərov, Rasim Əlməmmədov (hər ikisi 60 kq), Vüqar Şirinli, İlqar Müşkiyev (66 kq), Rüstəm Orucov, Fəqan Quluzadə (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elxan Məmmədovdu (100 kq).
“Böyük Dəbilqə”də ümumilikdə isə 43 ölkədən 292 (178 kişi, 114 qadın) cüdoçu gücünü yoxlayacaq.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0