Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün startına 20 gün qalır. Xəbər verdiyimiz kimi, mayın 6-10-da keçiriləcək 5 günlük yarışın son 3 mərhələsi planetin nüfuzlu "Eurosport" kanalı ilə canlı yayımlanacaq. 1-ci və 2-ci mərhələlər isə yarım saatlıq icmal şəklində tamaşaçılara təqdim ediləcək.
Martın 21-dən başlayaraq telekanalda Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən hazırlanmış müsuqili tanıtım videoçarxı yayımlanır. Bundan başqa, "Eurosport"un öz təşəbbüsü ilə "Tour d’Azerbaïdjan-2015"lə bağlı daha bir videoçarx hazırlanıb və yayım proqramına salınıb.
Qeyd edək ki, bu telekanal tarixində ilk belə haldır və 2.1 kateqoriyalı turnirlərlə bağlı heç vaxt belə bir addım atılmayıb. Bunadək "Eurosport" yalnız "Tour de France", "Vuelta", "Giro d’İtalia" və digər Dünya Turları ilə bağlı özünün hazırladığı videoçarxları yayımlayıb.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib