Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində 8-ci turun görüşləri başa çatıb. Synergy Group-un təşkilatçılığıyla keçirilən yarışın 8-ci turunda azərbaycanlı şahmatçı Rauf Məmmədov İtaliya təmsilçisi Fabiano Karuana ilə heç-heçə oynayıb. Məmmədov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib: "Turnirdə iştirak etmək dəvətini çox gec aldım. Onun üçün tam istədiyim kimi hazırlaşa bilmədim. Bu turnirə cəmi 1 həftə hazırlaşa bildim. Amma ümumilikdə götürəndə oyunlarımdan narazı deyiləm. Düzdü bundan da yaxşı nəticə göstərə bilərdim".
İtaliya qrossmeysteri Fabiano Karuana isə Vüqar Həşimov Memorialının keçirilməsinin çox gözəl təşəbbüs olduğunu qeyd etdi. "Çalışdım maksimum dərəcədə hazırlıq nümayiş edim. Turnirə hazırlaşmağa da kifayət qədər vaxtım var idi. Ümumiyyətlə bütün turnirlərə məsuliyyətlə yanaşıram və öz üzərimdə daha çox hazırlaşıram".
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib