Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçiriləcək daha bir çoxgünlük yarışda mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, velosipedçilərimiz sayca 5-ci dəfə təşkil olunacaq "Tour of Taihu Lake" yürüşündə çıxış edəcəklər.
Noyabrın 1-də start götürəcək 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir. Yürüşdə iştirak edəcək heyətə gəlincə, Çində 2 gün öncə başa çatan Haynan Turunda mübarizə aparmış 7 velosipedçidən yalnız biri "Tour of Taihu Lake" yarışında iştirak etməyəcək. Bu, Kristof Şvayzerdir.
"Synergy Baku"nun "Tour of Taihu Lake" yürüşü üçün heyəti: Maksim Averin, Elçin Əsədov, Aleksandr Surutkoviç, Samir Cəbrayılov, Ənvər Asanov və İsmayıl İlyasov.
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib