Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün rinqə çıxan 3 boksçumuzdan yalnız biri qələbə qazanıb.
Avropa çempionu Yelena Vıstropova (69 kq) Taypey nümayəndəsi Çhen Çhia-Çunu məğlub edib. Bu, Vıstropovanın dünya çempionatında ikinci qələbəsi olub. Milli komandamızın üzvü 1/4 finalda amerikalı Daniella Volfla qarşılaşacaq.
75 kq çəki dərəcəsində çıxış edən Leyla Cavadova isə Avstraliya təmsilçisi Françes Key Skotla döyüşdən məğlub ayrılıb.
Aynur Rzayeva da (+81 kq) dünya çempionatında ilk görüşdə rəqibinə uduzub. Həmyerlimiz rusiyalı Zemfira Maqomedaliyeva ilə qarşılaşmanı sonadək davam etdirə bilməyib.
Sabah boksçularımızdan Anna Əlimərdanova (54 kq) irlandiyalı Mikaela Volşla, Yana Alekseyeva (60 kq) isə ukraynalı Yuliya Tsiplakova ilə qarşılaşacaq.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib