Fevralın 6-9-da Türkiyənin Antalya şəhərində taekvondo üzrə komandalararası Avropa çempionatı keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, sayca 5-ci dəfə təşkil olunacaq G1 kateqoriyalı yarışa Azərbaycan millisi də qatılacaq.
Çempionatda ölkəmizi “Gilan”, “Savalan”, “Qafqaz”, “Zenit”, “Gömrükçü” (1 saylı və 2 saylı Sumqayıt), “Təhsil”, “Fərasət”, “Aran” “T. İsmayılov” klublarının üzvləri, həmçinin Lənkəran, Quba və Gəncə UGİM-lərinin idmançıları təmsil edəcəklər.
Bir gün fasilədən sonra - fevralın 11-də isə sayca 4-cü “Turkish Open” beynəlxalq turnir başlanacaq. 4 gün davam edəcək G2 kateqoriyalı turnirə də yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız geniş heyətlə qatılacaq.
Yarışlarda ədalət təmsilçilərimizdən isə federasiyanın Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev, Elşad Məmmədov, Tural Vəlibəyov, Ramal Camalov və Çoşqun Nadirli iştirak edəcək.
Komandamız sabah Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə qardaş ölkəyə yollanacaq və fevralın 16-da vətənə dönəcək.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib