Velosiped idmanının trek növü üzrə Azərbaycan yığma komandası Fransada keçirilən birinci kateqoriyalı “Fenioux Piste İnternational” kubokunun 2-ci günündə də uğurlu çıxışını davam etdirib. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvü Olqa İsmayılova sprint yarışlarında final mərhələsinədək irəliləyərək turniri ikinci pillədə başa vurub.
Bununla da İsmayılovanın reytinqinə daha 72 xal əlavə olunub. Kişilər arasında sprint yarışlarında isə yığma komandamızın üzvü Sergey Omelçenko 21 nəfər arasında 9-cu yer tutub. Qeyd edək ki, Sergey 1/8 finalda üçqat dünya çempionu və dünya rekordçusu, fransalı Kevin Siroya qalib gəlib. Digər velosipedçilərimizdən Yelena Pavluxina 25 km məsafəyə qrup ötüşmələrində 14 nəfər arasında 4-cü, 500 metr məsafəyə omniumda isə 9-cu olub.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib