Sabah qadın tennisçilər arasında keçirilən WTA "Baku Cup-2014" turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, 4-cü dəfə təşkil olunan yarış iyulun 27-dək davam edəcək.
Mükafat fondu 250 min ABŞ dolları olan yarışın əsas mərhələsində 32 tennisçi çıxış edəcək. Azərbaycan "Baku Cup-2014" turnirində iki idmançı ilə təmsil olunacaq. Bir il əvvəl də bu yarışa qatılan Nəzrin Cəfərova və ilk dəfə olaraq turnirə qoşulacaq Züleyxa Səfərova gücünü sınayacaq.
İştirakçılar arasında 2010-cu ildə “Rolan Qarros”un qalibi olan italiyalı Françeska Skyavone, həmçinin slovakiyalılar Yana Çepelova, Maqdalena Ribarikova, israilli Sahar Pir, yaponiyalı Kurumi Nara, polşalı Ursula Radvanska, çexiyalı Klara Koukalova, almaniyalı Mona Bartel, ingiltərəli Hizer Vatson da var.
Qeyd edək ki, turnirin oyunları Bakı Tennis Akademiyasının 4 kortunda keçiriləcək. Final oyunu isə 3 min tamaşaçı tutan Mərkəzi Kortda baş tutacaq.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib