İdman gimnastikası üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız fevralın 19-21-də Bakıda keçiriləcək Dünya "Çelenc" Kubokunda 6 gimnast təmsil edəcək.
Belə ki, kişilərin yarışında Bakı-2015-də 5 medala layiq görülən yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanan Petro Paxnyuk gücünü yoxlayacaq. Qadın idmançılarının mübarizəsində isə Dünya "Çelenc" Kubokunun gümüş medalçısı (müxtəlif hündürlüklü qollar) Kristina Pravdina, həmçinin Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova komandamıza uğur qazandırmağa çalışacaq.
Milli Gimnastika Arenasında baş tutacaq turnirə 19 ölkədən ümumilikdə 146 qonaq gələcək. Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda isə 46 kişi və 22 qadın gimnast mübarizə aparacaq.
Dünya "Çelenc" Kubokun ilk 2 günündə təsnifat mərhələləri, sonuncu günü ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.
Qeyd edək ki, tamaşaçıların yarışlardan zövq alması üçün müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar da planlaşdırılır.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib