Bu gün görkəmli şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan 12 yaşadək uşaqlar arasında beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Rusiya, Fransa, Gürcüstan, Türkiyə, İran və digər ölkədən iştirakçılar zəkalarını yoxlayacaqlar.
100-dən çox yeniyetmənin qatıldığı Vüqar Həşimov Memorialı 9 turdan ibarət olacaq. Qaliblər Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak etmək imkanı qazanacaq. Çempion şahmatçı eyni zamanda Vüqar Həşimov Kubokuna sahib çıxacaq.
Gümüş medalçı isə “Baku Open” turnirinə dəvət alacaq. Bürünc mükafatçı “Naxçıvan” Opendə iştirak edəcək.
Qeyd edək ki, mərhum qrossmeysterimiz yaşasaydı, bu gün 28 yaşı tamam olacaqdı.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı