Ukraynanın Lvov şəhərində yeniyetmə boksçular arasında üzrə Avropa birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda 27 ölkənin 220 boksçusu qələbə uğrunda mübarizə aparır.
Komandamız baş məşqçi Rasim Məmmədovun rəhbərliyi altında qitə birinciliyində 12 idmançı ilə təmsil olunur. Yarışın ikinci günündə 2 boksçumuz rinqə çıxıb.
70 kq çəki dərəcəsində çıxış edən Səid Məlikov moldovalı Vadim Riciuç üzərində qələbə qazanıb – 3:0. Məlikovun 1/4 finaldakı rəqibi litvalı Lukas Petrauskas olacaq.
Məhəmməd Abdullayev də (+80) yarışa qələbə ilə başlayıb. Həmyerlimiz Belarus nümayəndəsi Dmitri Traianovu 1-ci raundda texniki nokautla məğlub edib. Milli komandamızın üzvü 1/4 finalda rumıniyalı Emanuel Konstantin Mikanla qarşılaşacaq.
Bu gün milli komandamızın heyətində Bəxtiyar Qazıbəyov rumıniyalı Viorel Marian Fikiu, Orxan Həsənov italiyalı Kristian Qasparri, Seyidrza Sadıqov gürcüstanlı Otar Naveriani, Niyaməddin Allahverdiyev türkiyəli Ünal Kalkışım, Kənan Əliyev isə irlandiyalı Zak Patriklə üz-üzə gələcək.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib