Bu dəfə bürünc medal
04.08.2014 - 08:06
Danimarkada keçirilən atçılığın konkur növü üzrə CSİ-1* və CSİ-2* kateqoriyalı beynəlxalq turnir başa çatıb. Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumatına görə, Azərbaycan idmançısı Andre Şröder yarışın sonuncu günü “Karvin” ləqəbli atla gücünü yoxlayıb.
O, 140 sm-lik maneələri dəfetmə yarışında bürünc medal qazanıb. Qalib adına “Acantya” ləqəbli atla Almaniyalı Kasandra Orşel layiq görülüb. “Çaqrannus” ləqəbli atla yeni zellandiyalı Bruce Qudin isə ikinci olub.
Qeyd edək ki, Şröder turnirin ilk 2 günündə 3 qızıl medal qazanıb.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0