Noyabrın 12-18-də Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələrinin Assosiasiyasının XXI Baş Assambleyası keçiriləcək. Milli Olimpiya Komitəsindən (MOK) apasport.az saytına verilən məlumata görə, tədbirdə Azərbaycan nümayəndə heyəti iştirak edəcək.
Ölkəmizi Dohada MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin rəisi Mehman Kərimov təmsil edəcəklər.
Tədbir çərçivəsində adı çəkilən təşkilatın gənclər, beynəlxalq əlaqələr, atletlər və marketinq komissiyalarının, həmçinin təşkilatın İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.
Qətərdə növbəti Milli Olimpiya Komitələrinin Assosiasiyasının XXII Baş Assambleyasının baş tutacağı ölkənin adı da açıqlanacaq.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM