Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. APA-nın Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. İlk yarış günündə 3 güləşçimiz qızıl medal qazanıb.
50 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Nurullayev ilk görüşdə erməni rəqibini tam üstünlüklə məğlub edib. Ardınca Koreya və Qazaxstan təmsilçilərinə qalib gələn İbrahim finala yüksəlib. Finalda güləşçimiz Ukrayna təmsilçisini məğlub edərək qızıl medala sahib olub.
60 kq-da Elman Muxtarov da finala qədərə inamla güləşib. Qırğızıstan, Belarus, Finlandiya və Fransa güləşçiləri üzərində qələbə qazanan təmsilçimiz finala yüksəlib. Finalda onun rəqibi erməni güləşçisi olub. Gərgin keçən qarşılaşmada düzgün taktika seçən güləşçimiz qalib gəlib və qızıl medala sahib olub.
96 kq çəki dərəcəsində Orxan Nuriyev mübarizəyə Çin təmsilçisi üzərində qələbə ilə başlayıb. Ardınca Polşa, Bolqarıstan və Norveç güləşçilərini də məğlub edən təmsilçimiz finala yüksəlib. Orxan Nuriyev finalda Koreya idmançısı ilə görüşdən də qalib ayrılıb və qızıl medala sahib olub.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib