AİBA Pro Boxing turnirində mübarizə aparan daha bir boksçumuz II turda qalib gəlib. Apasport.az saytının məlumatına görə, öz döyüşlərini Argentinada keçirən 56 kq çəki dərəcəsində çıxış edən dünya çempionu Cavid Çələbiyev rinqi qələbə ilə tərk edib.
Həmyerlimiz Türkiyə boksçusu Səlcuk Eker üzərində qələbə qazanıb – 3:0 (54:60, 56:58, 55:59). Digər görüşlərdə keniyalı Benson Njangiru venesuelalı Yoni Blankonu, braziliyalı Robenilson Vieyra çinli Jiavei Janqı, argentinalı Alberto Melian isə Fransa nümayəndəsi Xedafi Djelxiri məğlub edib.
Qeyd edək ki, Çələbiyev ilk görüşdə braziliyalı Robenilson Vieyraya xal hesabı ilə uduzmuşdu.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib