Cənubi Koreyada triatlon üzrə Dünya Kuboku keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan Postislav Pevtsovla təmsil olunub.
Avropa Kubokunun yekununda birinci olan idmançımız bu dəfə medalın bir addımlığında büdrəyib. Belə ki, Rio-2016-nın iştirakçısı finiş xəttinə 74 triatlonçu arasında 4-cü çatıb. O, bu məsafəni 53 dəqiqə 40 saniyəyə qət edib.
Düzdü, amerikalı Mettyu Makkelroy və rusiyalı Vladimir Turbayevski də analoji nəticə ilə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. Onlar Pevtsovu əlavə mikrosaniyələr hesabına qabaqlayıblar. Dünya Kubokunun qalibi isə ispaniyalı Uksio Abuina Aresa olub.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq