Ermənistanın yığması Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak etməyəcək. Apasport.az saytının xəbərinə görə, bu haqda şahmat üzrə qadınlardan ibarət Ermənistan yığmasının əsas məşqçisi Artur Çibuxçyan bildirib.
"Çox güman ki, əgər heç bir dəyişiklik olmayacaqsa, özünüz anlayırsınız ki, Bakıya getmək üçün heç bir imkan yoxdu", - deyə Çibuxçyan "Xəbər-Ermənistan" agentliyinə bildirib.
Qarşıdakı planlara gəlincə, əsas məşqçinin sözlərinə görə, yığma növbəti ildə Avropa və dünya komanda çempionatlarına hazırlanacaq.
Öz növbəsində Ermənistan yığmasının lideri Elina Danielyan bildirib ki, Bakıda şahmat olimpiadasında iştirak haqqında suala onun keçirilməsi vaxtı cavab verəcək.
Bununla belə o qeyd edib ki, hərçənd erməni idmançıları Bakıda başqa idman növləri üzrə çempionatlarda iştirak ediblər, ancaq şahmat olimpiadasından fərqli olaraq bu yarışlar daha tez baş tutandır (anspress.com).
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib