Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Fariz Məmmədov bu gün peşəkar rinqdə növbəti döyüşünü keçirəcək. Apasport.az saytının “Qəbələ” klubunun saytına istinadən verdiyi məlumata görə, idmançımız Ukraynanın paytaxtı Kiyevdə keçirilən “K2 Promotions” turniri çərçivəsində baş tutacaq 11 görüşdən birinin iştirakçısı olacaq.
Yarımorta çəki dərəcəsində (66,678 kq) çıxış edən Məmmədovun Kiyev İdman Sarayındakı rəqibi isə dəyişib. Boksçumuz Belarus vətəndaşlığı daşıyan çeçen Xavadji Xatsiqovla qüvvəsini sınamalı olsa da, bu qarşılaşma baş tutmayacaq. Buna səbəb əvvəllər Rusiya bayrağı altında da çıxış etmiş həvəskarlar arasında sabiq Avropa çempionunun Ukraynaya gəlməməsidi. Nəticədə təşkilatçılar Məmmədova yerli idmançılar arasında rəqib tapmalı olub. Bu üzdən təmsilçimiz Valentin Kutsla döyüşəcək. Reytinq xarakterli döyüş 8 raunddan ibarət olacaq.
180 sm boya malik 34 yaşlı ukraynalı peşəkar rinqdə 2003-cü ildə debüt edib. Bu müddətdə 25 döyüşə çıxan Kuts 8-i nokautla olmaqla, 22 qələbə qazanıb. Kuts 2010-cu ildə peşəkarlar arasında Avropa çempionu titulunu qazansa da, son iki görüşdə rinqi məğlub tərk edib.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib