Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana 31-ci medalı Oleq Stepko qazandırıb. Apasport.az saytının məlumatına görə, komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə isə gümüş medal qazanan təmsilçimiz 3-cü mükafatını əldə edib.
Bu gün 4 müxtəlif hərəkətdə - gimnastika atı, həlqələr, dayaqla tullanma və paralel qollarda qüvvəsini sınayan Stepko gimnastika atında hərəkətlərdə 14,600 xalla 2-ci olub.
Stepkonun uğurlu çıxışını Azərbaycan Prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da tribunadan izləyib.
Fəxri kürsüyə qalxan Stepkoya gümüş medalı ölkənin birinci xanımı, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edib.
Qeyd edək ki, gimnastımız digər 3 hərəkətdə çıxışını davam etdirir.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO