“Qəbələ” İdman Klubunun yeniyetmə boksçuları Rusiyanın Həştərxan vilayətinin Xarabali şəhərində təşkil olunan eyniadlı rayonun açıq turnirində iştirak edib. Apasport.az saytının məlumatına görə, Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə və həlak olan beynəlmiləl döyüşçülər, sərhədçilər, lokal münaqişə iştirakçılarının xatirəsinə həsr olunan yarış Ümumrusiya turniri çərçivəsində baş tutub.
“Qəbələ” bu turnirdə 8 boksçu ilə təmsil olunub. Onlardan 4-ü yarışı fəxri kürsüdə başa vurub və rinqdən qızıl medalla ayrılıb.
Emin Həmzəyi 30 kq, Cavadxan Şahbazbəyli 36 kq, Maşallah Tağıyev 52 kq şəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempion adına yiyələnib. Qəbələ rayon bölməsinin yetirməsi olan Cavidan Sərkarlı da komanda yoldaşları kimi fəxri kürsünün ən 1-ci pilləsinə yüksəlib.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib