İslandiyanın prezidenti seçilmiş, lakin hələ vəzifəsinin icrasına başlamayan Qudni Yohanesson yığmasının AÇ-2016-dakı uğurlu çıxışına biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, yeni prezident Fransada keçirilən yarışın 1/4 final mərhələsinə yüksələn adalıların növbəti oyununa yollanacaq.
O bildirib ki, Fransa ilə qarşılaşma zamanı oyunu VİP tribunadan izləməyəcək. Buna onun qeyri-adi istəyi səbəb olub: “Niyə VİP otağında oturub, şampanla başımı qatmalıyam? Bunu dünyanın istənilən nöqtəsində edə bilərəm də. Mən öz azarkeşlərimizlə birlikdə tribunada olacam. Əynimdə də İslandiya yığmasının futbolkası. Rəqibimizə gəlincə isə Fransa yığması bizim komandanı düzgün qiymətləndirib, ciddi yanaşmalıdı”.
Qeyd edək ki, Fransa – İslandiya oyunu sabah keçiriləcək.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM