Macarıstanın Debretsen şəhərində İştvan Başkainin xatirəsinə həsr olunan ənənəvi boks turnirinə start verilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan milli komandasının üzvləri də mübarizə aparır. Yarışın ilk günündə 3 boksçumuz rinqə çıxıb və hər üç həmyerlimiz yerli idmançılarla qarşılaşıb.
60 kq çəki dərəcəsində çıxış edən ölkə çempionu Elvin İsayev Krizstian Sinko ilə döyüşdən qalib ayrılıb – 3:0.
81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov da yarışa qələbə ilə başlayıb. Gənclər arasında Avropa çempionu ilk görüşdə İmre Buqyiki məğlub edib – 2:1.
Fərid Ağamoğlanov (56 kq) isə yarışla erkən vidalaşıb. Boksçumuz Viktor Qaloşa uduzub – 0:3.
Qeyd edək ki, adı çəkilən boksçulardan başqa, yarışda Salman Əlizadə (49 kq), Məsud Yusifzadə (52 kq), Elnur Əliyev (64 kq) və Xaybulla Musalov (75 kq) da mübarizə aparır.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib