Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnir keçirilib. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, turnirdə iştirak edən qadın güləşi üzrə yığma komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Nataliya Sinişin (58 kq) qazandırıb. Hər iki güləşçimiz qarşılaşdıqları bütün rəqiblərini üstələyib. Mariya Stadnik keçirdiyi 4 görüşdə rəqiblərinə 1 xal belə verməyib. Finalda güləşçimiz yerli idmançı Oleksandra Kohutu məğlub edib. Nataliya Sinişin isə yarımfinalda komanda yoldaşı Yuliya Ratkeviçdən minimal hesabla üstün olub. Finalda isə güləşçimiz yerli idmançı Oksana Herheli məğlub edib.
55 kq çəki dərəcəsində mübarizə aparan Anjela Doroqan turnirin gümüş medalına yiyələnib.
Bürünc medalları yığmamıza Almaz İsmayılova (55 kq), Yuliya Ratkeviç (58 kq), Tatyana Omelçenko (60 kq) və Gözəl Zutova (69 kq) qazandırıb.
63 kq-da mübarizə aparan İrina Netreba bürünc medal görüşündə macarıstanlı dünya çempionu Marianna Sastinə uduzaraq turniri 5-ci sırada tamamlayıb. Turnirdə 5-ci olan daha bir güləşçimiz isə zədə səbəbindən mübarizəni davam etdirə bilməyən Leyla Qurbanova (53 kq) olub.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib