Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, avqust üçün açıqlanan siyahıda Azərbaycan təmsilçiləri də yer alıb.
Belə ki, qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarov malikdir. Hazırda 18-ci pillədə qərarlaşan həmyerlimiz 2743 xalla cədvəldəki yerini qoruyub.
Məmmədyarovdan fərqli, Teymur Rəcəbov 1 rəqibini qabaqlayaraq, 27-ci yerə yüksəlib. Təmsilçimin 2724 xal var.
İyul ayı üçün açıqlanan siyahıda 88-ci olan Rauf Məmmədov (2659) isə 91-ci pilləyə enib.
Qadınların siyahısında isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.
Qeyd edək ki, reytinq cədvəlinin ilk “üçlüyü”ndə dəyişiklik baş verib. Norveçli Maqnus Karlsenin 2877 xalla başçılıq etdiyi siyahıda ermənistanlı Levon Aronyan (2805) da mövqeyini qoruduğu halda, Aleksandr Qrişuk (Rusiya, 2795) 3-cü pilləni əldən verib. Onu Fabiano Karauna (İtaliya, 2801) qabaqlayıb.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı