Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında 20 noyabr, 2014-cü il tarixli sərəncamının icrası ilə əlaqədar, Azərbaycan Velosiped İdmanı Federasiyası və "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin birgə təşəbbüsü ilə aprelin 11-də Mingəçevir şəhər məktəblilərinin Əlağa Şıxlinskinin xatirəsinə həsr olunmuş "Məktəbli Kuboku" velosiped yarışı təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, şəhər stadionu ərazisində keçiriləcək yarış saat 13:00-da başlanacaq.
Turnirdə Mingəçevir rayonunun 20 məktəbini təmsil edən komanda mübarizə aparacaq. Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla, estafet sistemi üzrə yarışacaqlar. İlk 3 yeri tutacaq komandalar AVİF tərəfindən kubok, medal, diplom və pul mükafatı ilə təltif ediləcək.
Qeyd edək ki, federasiya tərəfindən bunadək Nərimanov, Səbail və Xəzər rayonlarının məktəbləri arasında da "Məktəbli Kuboku" turniri təşkil edilib. Bütün bu yarışlar isə ümumrespublika "Məktəbli Kuboku" turnirinə hazırlıq xarakteri daşıyır.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib