[b]Moskvada Bakı-2015-in təqdimat mərasimi keçiriləcək[/b]
10.04.2015 - 14:03
Bu gün Moskvada Bakı-2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədi.
Moskvanın “Redisson Royal, Moskva” mehmanxanasının konqres-parkında baş tutacaq tədbirdə 450-dən çox qonağın iştirakı gözlənilir.
Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda, Azərbaycanın mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə də tanış ola biləcəklər.
Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0