Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində VII turun görüşləri başa çatıb. Apasport.az saytının xəbərinə görə, hesabat turunda italiyalı Fabiano Karuana Uesli Soya qalib gəlib. Partiyadan sonra hər iki şahmatçı partiya haqda fikirlərini bildirib.
Karuana bildirib ki, qələbə qazanmaq hər zaman yaxşı hisslər yaradır: “Debütdən istədiyim oyunu göstərməyə başladım. Maraqlıdır ki, So geri çəkilmirdi. Sona yaxın məğlubiyyətən xilas olmağa çalışsa da, buna imkan vermədim. Qələbə xalımı 4-ə çatdırdı. Turnirdə qalib olmağa şansım çox deyil. Bununla belə son turlarda qələbə qazanmağa çalışacam".
ABŞ təmsilçisi So isəbildirib ki, son iki turda özünə bənzəmir: “Oyun alınmır. Hazırlıq baxımından problem yoxdur. Sadəcə oyun zamanı üstünlük qazana bilmirəm. Digər tərəfdən rəqiblər daha yaxşı oyun göstərir. Şəmkirdə heyət çox güclüdür. Hər tur ciddi mübarizə gedir. Fikrimcə son turlar daha maraqlı olacaq".
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib