Noyabrın 26-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə I Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir çərçivəsində qonaqlar Baku-2015-ə həsr olunmuş bürünc heykəllərdən ibarət sərgi ilə tanış olacaqlar.
“Biz birlikdə” adlanan sərgidə Azərbaycan heykəltəraşlarının 20-dən çox əsəri nümayiş etdiriləcək. Daha sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarına həsr edilən film təqdim olunacaq.
Tədbirdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin skripkaçı xanımları musiqi nömrələri ifa edəcəklər. Mərasimin sonunda qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri təqdim ediləcək.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu vaxtadək Kann, Afina, Berlin və İstanbul şəhərlərində I Avropa Oyunlarının təqdimatı keçirilib. İlk Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. Yarışlarda 20 idman növü üzrə 49 ölkədən 6000-dən çox idmançı mübarizə aparacaq.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib