Rumıniya I Avropa Oyunlarına 147 idmançı ilə gəlir
05.06.2015 - 10:02
Rumıniya Bakıda keçiriləcək I Avropa Oyunlarında 147 idmançı ilə təmsil olunacaq. APA-nın “agerpres.ro” saytına istinadən məlumatına görə, Rumıniya Olimpiya və İdman Komitəsinin İcraiyyə Komitəsi ötən gün milli komandanın tərkibini təsdiq edib.
Bunlardan 83-ü kişi və 64-ü qadındı. Onlar 22 növdə mübarizə aparacaqlar. Rumıniya nümayəndə heyətinin rəhbəri Aleksandru Epuran olacaq. Florin Gurbanesku isə onun müavini vəzifəsini icra edəcək.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0