Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən gənclər arasında dünya birinciliyinin mükafatçılarını qəbul edib. Apasport.az saytının məlumatına görə, görüşə bürünc medal qazanan Hidayət Heydərov və Firudin Dadaşov, həmçinin onların şəxsi məşqçi-müəllimləri, milli komandanın məşqçi və texniki heyətinin nümayəndələri də qatılıblar.
Sadıq Sadıqov çıxış edərək, ölkə Prezidenti İlham Əliyevin hər zaman idman və olimpiya hərəkatının inkişafına xüsusi önəm verdiyini vurğulayıb. O, federasiyanın prezidenti Rövnəq Abdullayevin cüdoçulara göstərdiyi diqqət və qayğını da qeyd edib.
Sonra tədbirdə əməkdar məşqçi Ağayar Axundzadə, milli komandanın məşqçiləri Fərhad Məmmədov, Elçin İsmayılov, uğur qazanan idmançıların şəxsi məşqçi-müəllimləri Tərlan Həsənov, Etibar Bağırov da çıxış edərək, onlara göstərilən böyük etimada görə federasiya rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Sonda gənclər arasında dünya birinciliyinin mükafatçılarına, onların şəxsi məşqçilərinə, milli komandanın məşqçiləri və texniki heyətinə pul mükafatları təqdim olunub.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib