“Baku Cristal Hall”da Avropa Oyunlarına test xarakteri daşıyan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışların ikinci günü axşam proqramında 3 boksçumuz rinqə çıxıb. Onlardan yalnız biri növbəti mərhələyə vəsiqə qazanıb.
75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı Özbəkistan nümayəndəsi Uluqbek Haqverdiyevi məğlub edərək, yarımfinala yüksəlib. Həmyerlimiz növbəti görüşünü Qazaxıstan təmsilçisi Yerik Aljanova qarşı keçirəcək.
81 kq çəki dərəcəsində milli komandamızın 1-ci nömrəsi hesab olunan Rauf Rəhimov isə özbəkistanlı iki dəfə dünya çempionatının mükafatçısı olmuş Elşod Rasulova uduzub.
London Olimpiadasının iştirakçısı Vətən Hüseynli də (81 kq) mübarizəni dayandırıb. Boksçumuz gənc belaruslu Sergey Novikovla döyüşdən məğlub ayrılıb.
Bu gün günorta proqramında rinqə çıxacaq boksçularımız
64 kq. Lorenzo Sotomayor – Zaur Abdullayev
64 kq. Cavid Quliyev – Elnur Əliyev
91 kq. Teymur Məmmədov – Kristian Dimitrov (Bolqarıstan)
54 kq. Anna Əlimərdanova – Tatyana Zrajevskaya (Rusiya)
64 kq. Yelena Vıstropova – Kamilla Bekmetova (Özbəkistan)
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib