“Formula-1” yarışlarının keçmiş həkimi Qeri Xarşteyn yeddi dəfə dünya çempionu Mixael Şumaxerin səhhəti ilə bağlı danışıb. Apasport.az saytının məlumatına görə, o, pilotun tam sağalacağına inanmadığını bildirib.
Qeyd edək ki, bundan əvvəl Mixaelin həyat yoldaşı Korinna ərinin vəziyyətinin getdikcə yaxşılığa doğru dəyişdiyini bəyan edib. Amma Xarşteyin buna inanmadığını söyləyib: “Əfsuslar olsun ki, Şumaxerin vəziyyətinin hamının ümid etdiyi qədər yaxşı olacağı az inandırıcıdır. İstisna etmirəm ki, Korinna onunla bu və ya digər formada əlaqə qurub. Amma bundan sonrası sadəcə möcüzə olardı”.
Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında xizək sürən zaman ağır kəllə-beyin zədəsi alıb. Təxminən 6 ay komada qalan idmançı iyunun 16-da komadan çıxıb.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı