Gənc taekvondoçulardan ibarət Azərbaycan millisi bu gündən təlim-məşq toplanışına start verib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamızın baş məşqçisi Məmməd Abdullayev qurumun məşq zalında keçiriləcək hazırlıqlara 19 idmançı çağırıb.
Təlim-məşq toplanışı oktyabrın 22-25-də Latviyada təşkil olunacaq Avropa birinciliyinə hesablanıb. Hər çəkidə 1 idmançının çağırılması isə yarışa bu heyətlə yollanacağımızdan xəbər verir.
Belə ki, Abdullayev məşqlərə İlham Əliyev (45 kq), Qaşım Maqomedov (48 kq), Əli İsazadə (51 kq), Fuzam Mehtiyev (55 kq), Zəlimxan Rəşidov (59 kq), Kamil Abdulrazakov (63 kq), Əliəskər Əliyev (68 kq), Mert Çiçek (73 kq), Həsən Məmmədov (78 kq), Orxan Tağızadə (+78 kq), Röya Hacıyeva (42 kq), Zarema Şamxalova (44 kq), İlayda Kardelen Ciftci (46 kq), Ceren Özbek (49 kq), Şəms Həsənova (52 kq), Gülhanım Yeşildal (55 kq), Gülsün Gültekin (59 kq), Jalə Əsədli (68 kq) və Darya Şkurkonu (+68 kq) dəvət edib.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı