Velosiped idmanının trek növü üzrə test xarakterli respublika turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, Velotrekdə təşkil olunan yarışda federasiyanın nəzdində fəaliyyət göstərən müxtəlif klub və cəmiyyətlərin 40-a yaxın idmançısı ilə yanaşı, trek yığmamızın aparıcı üzvləri Olqa İsmayılova, Yelena Pavluxina, Elmar İsmayılov, Nicat Niftəliyev, Sirac Hüseynzadə və Sergey Omelçenko da iştirak edir.
İlk günün proqramına əsasən, qadınlar və kişilər arasında sprint, həmçinin skretç növlərində qaliblər müəyyənləşib. Sprint yarışlarında Olqa İsmayılova və Sergey Omelçenko, skretç növündə isə Yelena Pavluxina və Məhəmməd Ələkbərov hamıdan yaxşı nəticə göstərməklə respublika turnirinin qalibi olublar.
Yarışa sentyabrın 5-də yekun vurulacaq.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib